15 apr 19:03dunya

SEPAH yox, ABŞ ordusu terrorçudur – Pakistan

SEPAH yox, ABŞ ordusu terrorçudur – PakistanƏl-Qaidə, Taliban və İŞİD də daxil olmaqla, bütün terror təşkilatları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və ordusunun təlimini keçiblər. Ona görə də İranın SEPAH-ını yox, ABŞ ordusu və MKİ-ni terrorçu adlandırmaq lazımdır.

Axar.az xəbər verir ki, bunu “Fars nyus” agentliyinə açıqlamasında Pakistan Xarici İşlər nazirinin müşaviri Nəzər Abbas deyib.

“ABŞ İranın ordusunu terrorçu adlandırmaqla böyük səhvə yol verib. Bu özü-özlüyündə teraktdır”, - N.Abbas bildirib.

Onun sözlərinə görə, ABŞ beynəlxalq hüquqdan SEPAH-ın terror təşkilatı kimi tanınmasından alət kimi istifadə etməməlidir. O həmçinin Əfqanıstanda təhlükəsizlik problemlərinin ABŞ-ın terrorçulara dəstək siyasətinin nəticəsi olduğunu bildirib.
XƏBƏR LENTİ
SORĞU