10 apr 10:17dunya

ABŞ-ın F-35 qırıcısı qəzaya düşdü: Pilot axtarılır

ABŞ-ın F-35 qırıcısı qəzaya düşdü: Pilot axtarılırABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 təyyarəsi Yaponiya sahillərində qəzaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə naziri Takesi İvaya məlumat verib.

Nazir təyyarənin qalıqlarının Aomori prefekturası ərazisində tapıldığını bildirib.

Onun sözlərinə görə, Misava bazasının 4 qırıcısı hava döyüşü təlimlərində iştirak edib. Təlim zamanı birinci təyyarədən uçuşu başa vurmaq barədə bildiriş gəlib və daha sonra radarlardan itib.

Nazir hazırda pilotun tapılması istiqamətində axtarışlar aparıldığını bildirib.

“Biz onun həyatının xilas edilməsi üçün hər şeyi edirik”, - İvaya deyib.

Qeyd edək ki, ötən ilin yanvarında Misava hərbi bazasına 13 ədəd F-35A tayyarəsi gətirilmişdi.
loading...
XƏBƏR LENTİ
SORĞU