04 apr 10:48dunya

Kral İraqa 1 milyard dollar hədiyyə etdi

Kral İraqa 1 milyard dollar hədiyyə etdi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud İraqda müxtəlif layihələrin həyata keçirilməsi və Bağdadda Kral Salmanın adına idman şəhərciyinin inşa edilməsi üçün 1 milyard dollar ayırıb.

Avrasiya.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İraqda səfərdə olan Səudiyyə Ərəbistanının ticarət və sərmayə naziri Macid Abdulla əl-Kassabi Bağdadda keçirilən mətbuat konfransında bəyan edib.

Nazirin sözlərinə görə, səfər çərçivəsində İraq ilə Səudiyyə Ərəbistanının bütün sahələrdə ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi, iki ölkənin maraqlarına uyğun əməkdaşlığın genişləndirilməsi, strateji əməkdaşlığın inkişafı və bu ölkələr arasında sərmayələrin təşviqi məsələləri müzakirə ediləcək.
XƏBƏR LENTİ
26-05-2020, 14:55
26-05-2020, 11:23
SORĞU