04 apr 08:15dunya

Çavuşoğlu Pompeo ilə görüşdü

Çavuşoğlu Pompeo ilə görüşdüİkitərəfli əlaqələrin zəruriliyi müzakirə edilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da bu ölkənin dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Vaşinqtonda baş tutan görüşdə iki ölkə arasındakı münasibətlər, son hadisələr, habelə ikitərəfli əlaqələrin zəruriliyi müzakirə edilib.

Qeyd edək ki, Çavuşoğlu ABŞ-a NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün səfər edib. Nazirlərin görüşü sabah Şimali Atlantika Alyansının 70 illiyi ilə bağlı baş tutacaq.

Daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyəyə xitabən bildirib ki, Birləşmiş Ştatlar NATO üzrə müttəfiqlərinin ittifaqın birliyini təhdid edən rəqiblərin silahını əldə etməsinə hərəkətsiz qalmaq dayanmaq niyyətində deyil. (report)
XƏBƏR LENTİ
Dünən, 14:33
SORĞU