03 apr 07:21dunya

ABŞ İranı 608 əsgərinin ölümündə suçladı

ABŞ İranı 608 əsgərinin ölümündə suçladıABŞ İraq hərbi əməliyyatları çərçivəsində 608 əsgərinin ölümündə İranı suçlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

“Mən bu gün kəşfiyyat məlumatlarına əsaslanaraq deyə bilərəm ki, 608 ABŞ əsgərinin İraqda ölümünə görə cavabdeh İrandır”, - Huk bildirib.

Huk deyib ki, bu rəqəm 2003-2011-ci illər ərəzində ABŞ-ın döyüşlərdə verdiyi bütün itkinin 17%-dir.

Huk həmçinin vurğulayıb ki, İran İraqı nəzarətinə keçirmək istəyir.
loading...
XƏBƏR LENTİ
SORĞU