28 mar 07:19dunya

Diaspor fəalları beynəlxalq festivalda Azərbaycanı təmsil ediblər - Misirdə

Diaspor fəalları beynəlxalq festivalda Azərbaycanı təmsil ediblər - Misirdə"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin gənc fəalları beynəlxalq festivalda Azərbaycanı təmsil ediblər.

Avrasiya.net-ə verilən məlumata görə, Misirdə Azərbaycan səfirliyin və "Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin dəstəyi ilə Misirdə təhsil alan tələblər tərəfindən, Misirin 6 oktiyabr universitetində 12-ci beynəlxalq festivalda Azərbaycan yüksək səviyyədə təmsil olunmuşdur.

Festivalda 36 ölkədən olan nümayəndələr iştirak etmişdir. Bu festivalda gənclər tərəfindən vətənimizin mədəniyyəti, şirniyyatları, adət ənənələri, milli geyimi, tarixi və Qarabağ həqiqətləri təbliğ olunmuşdur. Ermənistanın işğalçı ölkə olduğunu sübit etdirən çoxlu sayda kitablar iştirakçılara paylanılmışdır. Tədbirin təşəbbuskarı Eldar Şərifov, festivalda Azərbaycan bölümünün 10 minlərlə insanın ziyarət etdiyini qeyd etmişdir. Ən böyük maraq milli geyim və ləziz şirniyyatımıza oldmuşdur. Milli geyimdə olan tələbələrimizlə beş mindən çox qonaq şəkil çəkdirmişdir. Ən maraqlı məqamlardan biri də festivalın böyük səhnəsində tələbələr tərəfindən Azərbaycan dilində mahnı ifa edilməsi olub. Onların fəallığı kütləvi informasiya vasitələrinin diqqətindən yayınmayıb. Onlar iki televizya kanalı və 10 qəzet və xəbər saytlarına müsahibə veriblər. Sonunda diaspora gənclərimizə fəxri diplom təqdim olunmuşdur.

Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov, son illərdə Aərbaycanı təbliğ etmək məqsədilə mütəmadı olaraq tədbirlərin təşkil oluduğunu qeyd etmişdir. Bu tədbirlərin nəticəsi olaraq Misirdə Azərbaycan həqiqətlərini bilənlərin sayı gündən günə artmaqdadır.
Diaspor fəalları beynəlxalq festivalda Azərbaycanı təmsil ediblər - Misirdə
Diaspor fəalları beynəlxalq festivalda Azərbaycanı təmsil ediblər - Misirdə
Diaspor fəalları beynəlxalq festivalda Azərbaycanı təmsil ediblər - Misirdə
Diaspor fəalları beynəlxalq festivalda Azərbaycanı təmsil ediblər - Misirdə
loading...
XƏBƏR LENTİ
SORĞU