24 mar 10:48dunya

İŞİD-çilər orada gizlənib, münasib vaxtı gözləyirlər

İŞİD-çilər orada gizlənib, münasib vaxtı gözləyirlərİŞİD terror qruplaşması dağıdılıb, amma döyüşçülər qaçqın düşərgələrində və uzaq rayonlarda gizlənirlər.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın başçılıq etdiyi koalisiya güclərinin komandanı, general-polkovnik Pol Lakamera bildirib.

“Yanılmaq lazım deyildir, İŞİD öz gücünü saxlayır. Onlar yenidən ortaya çıxmaq üçün münasib vaxtı gözləyirlər”, - Lakameranın bəyanatında deyilir.

Lakameranın sözlərinə görə, yalnız son ay ərzində 60 mindən çox döyüşçü və mülki şəxs Baquzda (Suriyanın Deyr-əz-Zor əyalətində yaşayış məntəqəsi –red.) təslim olublar və ya qaçıblar.

“Baquzdan təxliyə edilən vətəndaşlar İŞİD terrorçularının ailə üzvləridir və onlar İŞİD-in radikal ideologiyasını şüurlu olaraq qəbul ediblər. Terrorçuların ailə üzvləri öz ideologiyasından asanlıqla imtina etməyəcəklər”, - o deyib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Suriya və İraqın İŞİD terror təşkilatından tam azad olunduğunu elan edib.
XƏBƏR LENTİ
SORĞU