16 mar 13:53dunya

Daha bir məscidə hücum - VİDEO

Daha bir məscidə hücum - VİDEO27 yaşlı bir gənc yaralanıb.

İngiltərənin paytaxtı London şəhərində Əşaadibi məscidinə hücum olub.

AzNews.az xəbər verir ki, bir irqçi qrup məscidin qarşısında dayanmış müsəlmanlara çəkic və dəyənəklərlə hücuma keçib.

İslam dini əleyhinə şüarlar səsləndirən irqçilər müsəlmanları söyərək avtomobillə hadisə yerindən uzaqlaşıblar. Polisə xəbər verən müsəlmanlar isə onların aradan çıxmasına mane olmağa çalışıblar.

Hücuma məruz qalanlar arasında 27 yaşlı bir gəncin yaralandığı bildirilib. Polis hadisədən dərhal sonra axtarışa başlayıb.

Qeyd edək ki, ötən gün Yeni Zelandiyada iki məscidə silahlı hücum edən şəxs 49 nəfəri qətlə yetirib, 48 nəfər yaralanıb. (Teleqraf.com)
loading...
XƏBƏR LENTİ
SORĞU