02 mar 16:43dunya

Pakistanla Hindistan arasında insident - Ölənlər var

Pakistanla Hindistan arasında insident - Ölənlər varPakistan və Hindistan arasındakı Kəşmir keçid məntəqəsində silahlı insident baş verib.

Bununla bağlı “Haber7” məlumat yayıb.

Hadisə zamanı dörd pakistanlı və üç hindistanlı ölüb, iki pakistanlı isə yaralanıb.

Pakistan tərəfinin verdiyi məlumata görə, Hindistan sərhədçiləri ağır silahlardan dinc sakinlərə atəş açıb.

Ölənlərdən ikisi Pakistan ordusunun əsgəri, ikisi isə dinc sakindir.

Pakistan tərəfi cavab atəşi açıb.

Hindistan tərəfi isə cavab atəşi ilə üç dinc sakinin öldüyünü təsdiqləyib.

Xatırladaq ki, fevralın 27-də Pakistanın Hindistanın iki təyyarəsini vurması ilə iki ölkə arasında gərginlik pik həddə çatıb.

Hindistan və Pakistan aviasiyaları arasında baş verən hava döyüşündə 27 təyyarə iştirak edib. Hindistan Hərbi Qüvvələri dörd “Su-30”, iki təkmilləşdirilmiş “Dassault Mirage” və iki “MiQ-21” qırıcısından istifadə edib.

Sonuncu iki qırıcıdan biri döyüş zamanı vurulub, Hindistan tərəfi bunu təsdiqləyib. Pakistan isə havaya 24 təyyarə qaldırıb.

Dünən Pakistan və Hindistan arasında yaranmış hərbi insident nəticəsində əsir düşmüş komandir Abhinandan Varthaman dünən axşam öz ölkəsinə təhvil verilib.(oxu.az)
XƏBƏR LENTİ
SORĞU