01 mar 10:13dunya

ABŞ Bin Ladenin oğlunun başına 1 milyon dollar mükafat qoydu

ABŞ Bin Ladenin oğlunun başına 1 milyon dollar mükafat qoyduABŞ hökuməti Əl Qaidə terror təşkilatının sabiq lideri Usamə Bin Ladenin oğlu Həmzə Bin Ladenin başına mükafat qoyub.

Publika.az xəbər verir ki, mükafatın dəyəri 1 milyon dollardır. Bin Ladenin yeri və ya şəxsiyyəti haqqında doğru məlumat verənlər bu mükafatın sahibi olacaq.

ABŞ Xarici İşlər Nazirliyi mükafatla bağlı yazılı açıqlama verib. Açıqlamada Həmzə Bin Ladenin terror təşkilatı içində yüksələn lider olduğu qeyd edilib. Onun 2015-ci ildən bu yana təşkilatın üzvlərini ABŞ-ın bazalarına hücum etməyə təşviq etdiyi və bununla 2011-ci ildə öldürülən atasının intiqamını almağa çalışdığı bildirilib.

Həmzə Bin Ladenə 2017-ci ildə xüsusi olaraq müəyyən edilmiş “Qlobal Terrorçu” statusu verilib. Bu səbəbdən ABŞ-da olan bütün mülkləri dondurulub.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU