28 fev 13:32dunya

“Ölkəmizi layiqincə təmsil edirik”

“Ölkəmizi layiqincə təmsil edirik”Vahid İmanov: “İspaniyadakı Azərbaycan diasporunda canlanma müşahidə olunur”

Vahid İmanov 2004-cü ildən İspaniya Krallığının Junta de Castillo Leon əyalətinin Burgos bölgəsinə bağlı Medina de Pomar şəhərində yaşayır. İspaniyada təhsil aldığı sahə üzrə fəaliyyət göstərirr. 10 ilə yaxındır ki, Tikinti Sığorta Firmasinda baş mühəndis vəzifəsində çalışır. Eyni zamanda Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Asosisasiyası direktorlar şurasının yaşadığı bölgə üzrə direktordur. Sosial şəbəkədə İspaniya Azərbaycanlıları Birliyinin yaradıcı adminidir.

Qeyd edək ki, İspaniya Avropanın nüfuzlu ölkələrindən biridir. Xüsusilə turimz sahəsində lider dövlətlərdəndir.

Vahid İmanov İspaniyada, xüsusilə yaşadığı bölgədə Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı məlumat verdi: “Yaşadığım əyalətdə mən və həyat yoldaşımdan başqa demək olar ki, azərbaycanlılar yoxdur. Bizə yaxın şəhərlərdə (País Vasco) azərbaycanlılar var və hamısı ilə yaxın münasibətlərimiz mövcuddur. Zaman zaman ölkəmiz haqqında imkanımız daxilində işlər görürük, tədbirlər təşkil ediirk”.

Onun sözlərinə görə, əyalət ərazisində ermənilərin daha çox kompakt yaşadıqları və aktiv oldiqları bölgə Soriya şəhəridir: “Ermənilərin diaspor təşkilatları erməni lobbisinin ayırdığı maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Hesab edirəm ki, ölkəmizi layiqincə təmsil edirik. Bu bizim bir vətəndaş kimi borcumuzdur”.

Vaxt var idi ki, mən yaşadığım şəhərdə ivə şlədiyim kollektivdə Azərbaycan deyəndə hər kəs təəccüblə baxırdı, yəni ölkəmizi o qədər də tanımırdılar. Yaşadığım şəhərdə azərbaycanla bağlı bacardığım qədər təbliğat aparmışam. Əvvəlki illərlə müqayisədə İspaniyadakı Azərbaycan diasporunda son bir ildə canlanma müşahidə olunur. Hesab edirəm ki. gələcəkdə daha yaxşı olacaq. Əvvəlki illərdən fərqli olaraq Diasporla İş üzrə Dövlət Komitəsində müraciətlərimizə diqqətlə yanaşırlar”.

Əli
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU