27 fev 11:15dunya

Nüvə silahına malik iki ölkə - Müharibə astanasında

Nüvə silahına malik iki ölkə - Müharibə astanasındaNüvə silahına malik iki ölkə - Pakistan və Hindistan arasındakı gərginlik hər keçən gün artmaqdadır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin məhv edildiyini açıqlayıb.

Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general Asif Gafurun tvitter səhifəsində yazdığına görə, təyyarələr çərşənbə günü Pakistanın hava məkanında ölkələr arasında nəzarət xəttinin üzərində vurulub.

Onun sözlərinə görə, Pakistan hərbçiləri pilotlardan birini tutublar.

Hindistan və Pakistan arasında gərginlik yenidən artıb.

Xatırladaq ki, Asif Gafur ötən gün verdiyi açıqlamasında da Hindistanın döyüş təyyarələri Kəşmirdəki nəzarət xəttində yerləşən Muzafferabad bölgəsindən Pakistan hava məkanını pozduğunu bildirmişdi.

Onun sözlərinə görə, sərhəddən 5-6 kilometr Pakistanın hava məkanına daxil olan təyyarələr bu ölkənin qırıcılarının müdaxiləsindən sonra geri çəkiliblər. Hava məkanının pozuntusunda ümumilikdə 12 ədəd “Miraj 2000” qırıcısı iştirak edib.

Onlardan birinin tələsik şəkildə Pakistan tərəfinə bomba atdığı bildirilir.

Qeyd edək ki, hər iki dövlət nüvə silahına malikdir. Analitiklər hesab edir ki, ölkələr arasında genişmiqyaslı hərbi qarşıdurma faciəli nəticələr doğura bilər.

Cammu və Kəşmirin ştatlarında müstəqillik və ya Pakistana birləşməni dəstəkləyən separatçılar aktiv fəaliyyət göstərirlər. Nyu-Dehli İslamabadı silahlı separatçılara dəstək verməkdə ittiham edir. İslamabad isə bu ittihamları rədd edir və bildirir ki, Kəşmir sakinləri öz hüquqları uğrunda müstəqil mübarizə aparırlar.

Hindistan və Pakistan arasında müsəlman əhalinin üstünlük təşkil etdiyi Kəşmir üzərində aparılan mübarizədə bu günə qədər 70 min insan həlak olub.
XƏBƏR LENTİ
SORĞU