25 fev 15:09dunya

Xocalı soyqırımını tanıyan dövlətlər – Siyahı

Xocalı soyqırımını tanıyan dövlətlər – SiyahıFevralın 26-sı Xocalı soyqırımının törədilməsindən 27-ci il ötür.

Axar.az bütün dünyanın gözü qarşısında baş verən və foto-video dəlillərlə sübuta yetirilən Xocalı soyqırımını tanıyan ölkələrin siyahısını təqdim edir:

Meksika


2012-ci il fevral ayının 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb.

Pakistan


2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib.

Kolumbiya


2012-ci il aprelin 24-də Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıyıb.

Çexiya


2013-cü il fevralın 19-da Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

Bosniya və Herseqovina


2013-cü il fevralın 26-da Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

Peru


2013-cü ildə Peru Respublikasının parlamentində Xocalı soyqırımı rəsmən tanınıb.

Honduras


Honduras Milli Konqresi 2014-cu ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul edib.

Sudan


2014-cü ildə Sudan Respublikasının parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırım aktı qəbul edərək tanıyıb.

Rumıniya


2013-cü ildə Rumıniya Parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib.

57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var.

Bundan başqa, ABŞ-ın 22 ştatı - Texas, Nyu-Cersi (2011-ci il), Corciya, Men (2012-ci il), Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Uest, Virciniya, Connektikut, Florida (2013-cü il), İndiana (2014-cü il), Arizona (2015-ci il) və s. Xocalı soyqırımını rəsmən tanıyan ştatlardır.
XƏBƏR LENTİ
Dünən, 20:43
SORĞU