24 fev 12:32dunya

Ərdoğan Vaşinqtonda Trampla görüşəcək

Ərdoğan Vaşinqtonda Trampla görüşəcəkBu barədə o, "CNN Türk"ün əməkdaşı ilə söhbətində bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-dən sonra Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşə bilər.

Bu barədə o, "CNN Türk"ün əməkdaşı ilə söhbətində bildirib.

Qeyd edilir ki, Tramp Ərdoğanı ABŞ-a dəvət edib, ancaq Türkiyənin dövlət başçısı amerikalı həmkarının öz ölkəsinə səfərini gözləyir.

Ərdoğan vurğulayıb ki, onunla Tramp arasında pozitiv münasibətlər mövcuddur. Bu, bir çox məsələləri sadə formada həll etməyə imkan verir.

Daha əvvəl Ərdoğan Trampla telefon danışığının detallarını açıqlayıb.(report.az)
XƏBƏR LENTİ
SORĞU