24 fev 11:08dunya

Vyanada Xocalıya Ədalət adlı sərgi keçirilib

Vyanada Xocalıya Ədalət adlı sərgi keçirilibAvstriya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Fevralın 22-də Avstriya Respublikasının paytaxtı Vyanada Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Avstriya Azərbaycanlıları Cəmiyyətindən Avrasiya.net-ə verilən məlumata görə, tədbiri açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı hadisələri barədə məlumat verib. Qeyd edilib ki, 27 il bundan öncə törədilmiş soyqırımına hələ də beynəlxalq hüquqi qiymət verilməyib. L.Qasımova tədbirin ərsəyə gəlməsində göstərdiyi əməkdaşlığa görə Avstriya Azərbaycanlıları Cəmiyyətinə təşəkkür edib.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov çıxışında bildirib ki, törədilən bu cinayət bəşəriyyət tarixinin gördüyü ən utanc verici bir ləkədir.Tarix heç bir hadisəni unutmur və mən inanıram ki Azərbaycana qarşı törədilən bu cinayətə görə Ermənistan hakimiyyəti öz hüquqi cəzalarını alacaqlar.
Vyanada Xocalıya Ədalət adlı sərgi keçirilib
Tədbir yazıçı, publisist və müstəqil jurnalist Səriyyə Cəfərovanın müəllifi olduğu “Onlar heç zaman böyüməyəcəklər” sənədli filmi ilə başlayıb.

Tamaşaçılar soyuq qış günündə Xocalı sakinlərinin o gecə gördüklərindən bəhs edən filmə baxdıqca Erməni vandaliziminin bir daha şahidi oldular.Bəşəriyyət tarixində belə hadisələrin bir daha təkrarlanmaması üçün Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyindən bəhs edilməsindən söz açıldı.

Tədbirdə yerli və xarici qonaqlar o cümlədən media nümayəndələridə iştirak edirdi.

Tədbir zamanı Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov Xocalı soyqırımına həsr olunmuş 25 əsəri sərgilənib.
Vyanada Xocalıya Ədalət adlı sərgi keçirilib
Vyanada Xocalıya Ədalət adlı sərgi keçirilib
Vyanada Xocalıya Ədalət adlı sərgi keçirilib
XƏBƏR LENTİ
SORĞU