18 fev 08:08dunya

Yaponiya Trampa “Nobel” verilməsini təklif etdi

Yaponiya Trampa “Nobel” verilməsini təklif etdiYaponiyanın baş naziri Sindzo Abe ABŞ prezidenti Donald Trampın “Nobel” sülh mükafatına namizədliyini irəli sürüb.

Baş nazir bu təklifini Trampın Şimali Koreyanın nüvə silahlarını azaltmaq uğrunda göstərdiyi səylərlə əlaqələndirib.

Ən maraqlısı da budur ki, Sindzo Abe bu fikri Vaşinqtonun qeyri-rəsmi xahişi ilə səsləndirib.

RenTV xəbər verir ki, 2018-ci ildə Tramp Sinqapurda Şimali Koreyanın lideri Kim Çın Inla görüşdükdən sonra, Ağ Ev Yaponiyaya belə bir müraciət göndərib.

Qeyd edək ki, Donald Tramp özü də bir neçə dəfə “Nobel” sülh mükafatına layiq olduğunu söyləyib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.