07 fev 18:07dunya

Diaspora sədrimiz təltif olunub - Misirdə

Diaspora sədrimiz təltif olunub - Misirdə“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov, Misir Parlament sədrinin birinci müavini və seyyidlərin həmkarlar ittifaqının sədri cənab əl-Seyyid əl-Şərif tərəfindən, Azərbaycanla Misir arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə təltif olunub.

Avrasiya.net xəbər verir ki, fevral ayının 4-5 də Misirdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, səfər çərçivəsində Misirin ən böyük alimləri, nüfuzlu din xadimləri və siyasi şəxslərlə görüşlər keçirib. Bu görüşlərdə diaspora sədri fəal iştirak edib.

Qeyd edək ki, diaspora sədri S.Nəsirov hazırda Misirdə təhsil alan 60 ölkədən olan 1100 dən çox tələbəyə rəhbərlik edir. 21 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, 250-dən çox əslən azərbaycanlı olan alimlər haqqında iki kitabın müəllifidir, çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub. Qahirə Universitetində Azərbaycan dilini tədris edir.
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
SORĞU