03 fev 09:21dunya

Belçikada türklərə hücum - Yaralılar var

Belçikada türklərə hücum - Yaralılar varBelçikada silahlı hücum nəticəsində Türkiyə vətəndaşları yaralanıb.

Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Bildirilir ki, hadisə Antverpen şəhərində baş verib. Вelçika mətbuatının məlumatına görə, ata və oğul Brederod küçəsində Türkiyənin iki vətəndaşına silahlı hücum edib. Onların açdığı atəş nəticəsində 3 nəfər yaralanıb. Qeyd edilir ki, yaralılardan biri qarşıdurma tərəflərini ayırmaq istəyən şəxsdir. O da Türkiyə vətəndaşıdır.

Polis faktla bağlı iki nəfəri saxlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisəni törədənlərin bu gün məhkəmə qarşısına çıxarılacağı qeyd edilir.(report.az)
XƏBƏR LENTİ
SORĞU