02 fev 11:58dunya

Hindistanda 3 nəfəri öldürən pələng tutuldu

Hindistanda 3 nəfəri öldürən pələng tutulduNaqarhol təbiət qoruğunda təxminən 80 pələng yaşayır.

Hindistanın Karnataka ştatında üç nəfərin ölümünə səbəb olan pələng meşə departamentinin əməkdaşları tərəfindən tutularaq, heyvanxanaya aparılıb.

5-6 yaşlarında olduğu güman edilən pələng ötən ilin dekabrından bəri Naqarhol təbiət qoruğundakı kəndlərdə yaşayan üç nəfərə hücum edərək onları öldürüb. Pələng meşə departamentinin əməkdaşları tərəfindən sakitləşdirici vurularaq tutulan zaman sağ arxa ayağından yaralı idi. Güman olunur ki, pələng insanlara da məhz bu səbəbdən hücum edib.

Qeyd edək ki, 643 kvadratkilometr sahəsi olan Naqarhol təbiət qoruğunda təxminən 80 pələng yaşayır. Qoruğun ərazisində 1600-ə yaxın sakinin yaşadığı bir neçə kənd var. Yerli hökumət pələnglərin hücum ehtimalını nəzərə alaraq, sakinlərə ərazidən köçməyi dəfələrlə tövsiyə edib. Amma yalnız bir neçə yüz sakin başqa əraziyə köçüb. Vəhşi təbiət mütəxəssisləri hesab edirlər ki, qoruğun ərazisində yaşayış məntəqəsinin olması pələnglər ilə sakinlər arasında “ərazi mübahisələri”nin yaranmasına səbəb olur. Belə ki, hər pələngə ən azı 20 kvadratkilometr ovlama və gəzinti ərazisi düşdüyü halda, Naqarhol qoruğunda bu rəqəm 9 kvadratkilometrdən azdır. (Azərtac)
XƏBƏR LENTİ
Dünən, 16:07
Dünən, 14:39
SORĞU