01 fev 12:40dunya

Senat təsdiq etdi: Pentaqon bu ölkələrdən çıxmayacaq

Senat təsdiq etdi: Pentaqon bu ölkələrdən çıxmayacaq ABŞ Senatı Pentaqon qüvvələrinin Suriya və Əfqanıstandan çıxarılmasına qarşı olan qanun layihəsi qəbul edib.

Publika.az xəbər verir ki, qanuna 23 senator əleyhinə, 68-i isə lehinə səs verib.

Layihəni Respublikaçılar Partiyasının senatoru Mitç Makkonnel hazırlayıb. Buna baxmayaraq, Demokratlar Partiyasından da qərarın lehinə səs verənlər olub.

Qanun layihəsində bildirilir ki, Suriya və Əfqanıstandakı islami qruplar hələ də ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdiddir. Hər iki ölkədə İŞİD və Əl-Qaidə terror təşkilatları ilə mübarizənin davam etdiyi, ABŞ qüvvələrinin tələsik formada ölkədən çıxarılmasından sonra bölgənin sabitliyinin pozulacağı və yaranan boşluğun İran və Rusiya tərəfindən doldurulacağı qeyd edilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin sonunda Pentaqon qüvvələrinin Suriyadan geri çəkiləcəklərini elan etmişdi.

ABŞ-ın Suriyada 2 min, Əfqanıstanda isə 14 min əsgəri var. Tramp hökuməti bu rəqəmi 7 minə salmağı düşünür. Hökumətin Talibanla apardığı müzakirələrdə əldə edilən razılaşmanın önəmli maddələrindən biri ABŞ əsgərlərinin Əfqanıstandan tamamilə çəkilməsi olacağı gözlənilir.
loading...
XƏBƏR LENTİ
SORĞU