24 yan 08:07dunya

Tramp dünyanı və ABŞ-ı Tvitter üzərindən idarə edir

Tramp dünyanı və ABŞ-ı Tvitter üzərindən idarə edirABŞ Prezidenti Donald Tramp dünyanı və ABŞ-ı Tvitter üzərindən idarə edir və gündəlik siyasətini istehsal edir. Yaxın Şərqdə strateji bir planı varsa, o da İsrailin mənfəətinə yönəlib.

Axar.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Ərhan Çağrı bildirib.

D.Trampın uzunmüddətli strateji planları olmadığını deyən Çağrı Trampın ağlına gələni Tvitterə yazdığını deyib:

"Ona zidd olan hər kəsi qovur, sonra isə sosial mediada "axmaqdır" kimi sözlər işlədir. Bir il əvvəl vəzifədən çıxartdığı şəxslərin yerinə yeni təyinatlar da etməyib. Həmçinin heç kim ondan ABŞ əsgərlərini Suriyadan çıxarmaq barədə tələb etməyib. Özü Tvitterdə çəkilmə qərarını bəyan edib".
XƏBƏR LENTİ
SORĞU