21 yan 08:23dunya

Ərdoğan və Tramp arasında telefon söhbəti olub

Ərdoğan və Tramp arasında telefon söhbəti olub Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAğ evin rəhbəri Donald Trampla telefon söhbəti edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə və Amerika liderləri Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması prosesinin sürətləndirilməsi barədə razılaşıblar.

Bundan əlavə, Tramp və Ərdoğan İŞİD-in yerdə qalan yaraqlılarının məhv edilməsi üzrə birgə səy göstərəcəklərinə vəd veriblər.

İki ölkə prezidenti yanvarın 15-də də Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar.
XƏBƏR LENTİ
SORĞU