15 yan 10:46dunya

Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Misir mətbuatında

Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Misir mətbuatında Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Misir mətbuatında geniş işıqlandırılıb.

Misirin "elfagr.com, shbabalnil.com, asiaelyoum.com, embassy-news.com, wwnewss.com, elwatanelmasry.com, m.ahwalelbald.com" və.s saytlarında “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Qara Yanvarda, Azərbaycanın azadlığı uğrunda qurbanlar” sərlövhəli məqaləsi yayılıb.

Müəllif 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verir. Qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.

Məqalədə vurğulanır ki, iyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə qətlə yetirilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.

Diaspor rəhbəri Azərbaycan xalqına qarşı yürüdülən bu ikili standart siyasətinin misirli alim Şeyx Məhəmməd əl-Ğəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında da öz əksini tapdığını bildirir.

Məqalədə 20 yanvar hadisəsi dönəmində Misirli millət vəkillərinin və mətbuatının Azərbaycan xalqına qarşı törədilən vəhşilyi qətiyyən pisləməsi, xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin bariz nümünəsi olduğunu da qeyd etmişdir.
S.Nəsirov məqalənin sonunda insanlığa qarşı törədilmiş bu vəhşiliklərə dünya birliyinin hələ də göz yumduğunu vurğulayır. Qeyd edilir ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacaqları günü gözləyir.
Diaspora sədri bildirib ki, 20 Yanvarla bağlı tədbirlər və məqalənin yayılması qarşıdan gələn günlərdə də davam etdirəcək.
Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Misir mətbuatında
Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Misir mətbuatında
Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Misir mətbuatında
Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi Misir mətbuatında
https://www.elfagr.com/3423053?fbclid=IwAR3ZWyBV0g9gvShKSwnnmmf6-Lx6cTgzLU-wHi-kXIX8FXAUh7H-x04mGC4
http://www.asiaelyoum.com/81349/2019/01/13/%D8%B6%D8%AD%D8%A7%D9%8A%D8%A7-%D8%AD%D8%B1%D9%8A%D8%A9-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%81%D9%8A-%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1-%D8%A7%D9%84%D8%A3%D8%B3%D9%88%D8%AF/?fbclid=IwAR1SQXXh40CArsmH5OoZM13oBhRA5y5LgweL-fanx7CVBM4wdbsLPaGD5SE
http://www.shbabalnil.com/%D8%AF-%D8%B3%D9%8A%D9%85%D9%88%D8%B1-%D9%86%D8%B5%D9%8A%D8%B1%D9%88%D9%81-%D9%8A%D9%83%D8%AA%D8%A8-%D8%B6%D8%AD%D8%A7%D9%8A%D8%A7-%D8%AD%D8%B1%D9%8A%D8%A9-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7/?fbclid=IwAR0wy9rElJ6WV1lgpK0H1_SiWa1HBJAWQyGB-GmNn88tciVVDy940apvsFA
http://embassy-news.com/n/?p=2969&fbclid=IwAR15fo9k3pMyD0YjAQJ96YF-a_SvXanqNwq-K84bBtgQ0XzCVpTJ7T8IEdo
http://wwnewss.com/121437/?fbclid=IwAR1Zx3JncAVpLBE3yPWFMDPAWYv0z9qRZYe-aURFRPBeZ5ddikEIaU7ZLy4
http://www.elwatanelmasry.com/%D8%B6%D8%AD%D8%A7%D9%8A%D8%A7-%D8%AD%D8%B1%D9%8A%D8%A9-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%81%D9%8A-%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1-%D8%A7%D9%84%D8%A3%D8%B3%D9%88%D8%AF/?fbclid=IwAR2rknr0bwVPeXS_6dD5xUn8v1UXKSmZHtG5LW2c46mUcXfWtUsAYulWVPY
http://m.ahwalelbald.com/%D8%B6%D8%AD%D8%A7%D9%8A%D8%A7%20%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1%20%D8%A7%D9%84%D8%A3%D8%B3%D9%88%D8%AF%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0%20%C2%A0/6868.html
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.