13 yan 10:58dunya

Öcalanın ölüm xəbəri yayıldı: Qardaşı oğlundan paylaşım

Öcalanın ölüm xəbəri yayıldı: Qardaşı oğlundan paylaşımPKK lideri Abdullah Öcalanın öldüyü barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu barədə Abdullah Öcalanın qardaşı oğlu, HDP-nin Urfa millət vəkili Ömər Öcalanın Tvitter hesabından məlumat yayılıb.

Ö.Öcalanın Tvitter hesabında əmisinin xəstəxanaya qaldırıldığı, ancaq edilən müdaxilələrə baxmayaraq, öldüyü bildirilib.

Daha sonra millət vəkili Tvitterdə növbəti məlumat paylaşaraq, hesabının ələ keçirildiyini qeyd edib:

"Tvitterdə bir problem var, dostlar. Ola bilsin, hesabım oğurlanıb".

Buna baxmayaraq, o, Öcalanla bağlı xəbəri təkzib etməyib.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU