11 yan 10:32dunya

Donald Tramp sözünün üstündə durdu

Donald Tramp sözünün üstündə durduABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyadakı qüvvələrindən bəzilərinin geri çəkilməsinə başladığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi informasiya yayıb.

Agentliyin Suriyadakı müxbirinə açıqlama verən adının gizli qalmasını istəyən səlahiyyətli şəxs informasiyanı təsdiq edib. Lakin geri çəkilən qüvvələrinin hansı olduğu və hansı bölgələrdən göndəriləcəyi haqqında bilgi verilməyib.

Amerikanın CNN televiziyası isə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) geri çəkilmək əməliyyatlarında istifadə olunacaq gəmi və təyyarələri müəyyənləşdirdiyini açıqlayıb.

Qeyd edək ki, Pentaqon qüvvələrinin Suriyadan çəkiləcəyini ABŞ prezidenti Donald Tramp 19 dekabr 2018-ci il tarixində açıqlamışdı. Prezidentin bu qərarı müdafiə naziri Ceyms Mettisin istefasına səbəb olmuşdu.
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
SORĞU