07 yan 10:20dunya

Başına 5 milyon dollar pul qoyulmuş terrorçu öldürüldü

Başına 5 milyon dollar pul qoyulmuş terrorçu öldürüldüABŞ prezidenti Donald Tramp "Əl-Qaidə" terrorçusu Camal Əhməd Məhəmməd Əli əl-Bədəvinin zərərsizləşdirilməsini təsdiqləyib. Bu barədə Amerika lideri özünün "Twitter" səhifəsində yazıb.

"Bizim çox gözəl hərbçilərimiz "Koul" esminesinə qorxaq hücum zamanı həlak olan və zərər çəkən qəhrəmanlarla bağlı ədaləti bərpa etdilər. Biz indi bu hücuma rəhbərlik etmiş Camal əl-Bədəvini öldürdük. "Əl-Qaidə"yə qarşı işimiz davam edir", - deyə Tramp yazıb.

Əl-Bədəvi FTB-nin ən çox axtardığı terrorçulardan biri hesab edilirdi. Onun tapılması üçün informasiya verən şəxsə 5 milyon dollar mükafat vəd olunmuşdu.

Əl-Bədəvi 18 il əvvəl Yəməndə, Ədən şəhərinin limanında ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin gəmisinin partladılmasında iştirak edib. Partlayış nəticəsində 17 dənizçi həlak olub, onlarla insan yaralanıb.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU