31 dek 09:35dunya

Seymur Nəsirov Misirin “Nil Mədəniyyət” tv-nin qonağı olub

Seymur Nəsirov Misirin “Nil Mədəniyyət” tv-nin qonağı olub“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalının "Mənim gecəm" proqramının qonağı olub.

S. Nəsirov əsrlər boyu Azərbaycana qarşı düşmənçiliyin nəticəsi olaraq, bu gün 50 milyondan çox olan azərbaycanlıların sadəcə 10 milyonu müstəqil Azərbaycan dövlətinin ərazisində yaşadığını qeyd etmişdir. O, Gülüstan və Türmənçay müqavilələri ilə Azərbaycanın iki yerə bölündüyünü diqqətə çatdırmışdır.

Sonra Ulu Öndərin Azərbaycançılıq siyasətindən və bütün dünya Azərbaycanlılarının həmrəy olunması üçün apardığı nümünəvi siyasətindən söhbət açmışdır. O, hər il 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd etdiklərini də nəzərə çatdırmışdır. Misirdə Azərbaycan diasporunun fəaliyyətindən söhbət açaraq bildirib ki, Misirdə Azərbaycan diasporu uzun illərdir ki, Misirlə Azərbaycan arasında əlaqələrin inkişafında çoxlu uğurlara imza atmışdır. O, eyni zamanda Misir xalqına uzun illərdən bəri könüllü şəkildə sosial xidmətlər etdiyini də qeyd etmişdir. 2018- ci ildə Azərbaycan diasporunun 600 dən çox misirli tələbəyə Azərbaycan dilini tədris etdiyini və hal-hazırda Qahirədəki diaspora mərkəzində aralarında misirlililər də olmaqla dünyanın 17 ölkəsindən olan 180-dən çox tələbəyə müxtəlif fənnlər ödənişsiz tədris olunduğunu da bildirmişdir.

Diaspora sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışarkən, Azərbaycanda çoxlu sayda ərəb mənşəli kəndlərin olması hətta Misir adında azərbaycanlıların olmasından da bəhs etmişdir və bu məlumat qarşı tərəfin marağına səbəb olmuşdur. Bu gün Misirlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən S.Nəsirov hazırda dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu və gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb.

Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını da qeyd edib.

S. Nəsirov Azərbaycanın turizm potensiyalından geniş söhbət açarkən, son illərdə çoxlu sayda ərəblərin ölkəmizə səyahət etdiyini də bildirmişdir.

Birliyin sədri tədqiqatçı - alim Seymur Nəsirov bu fəaliyyətlərə 16 il öncə başladığını və bundan sonra da davam etdirəcəyini qeyd edib. O, bu kimi fəaliyyətlər xalqlarımız arasında dostluq əlaqələrin daha da inkişaf etdirəcəyini bildirib. Qeyd edək ki, S.Nəsirov hal-hazırda Misirdə təhsil alan 54 ölkədən olan 1100 dən çox xarici tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir.
Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub. Verliş 45 qəqiqədən çox davam edib.

loading...
XƏBƏR LENTİ
SORĞU