29 dek 14:21dunya

Pakistanın eks-prezidentinə də cinayət işi açıldı

Pakistanın eks-prezidentinə də cinayət işi açıldıPakistan hökuməti ölkənin eks-prezidenti Asif Əli Zərdari və daha 171 nəfəri çirkli pulların yuyulmasında ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.

Zərdari və digərləri saxta bank hesablarına sahib olmaq ittihamıyla həbs ediliblər.

Hazırda Pakistan parlamentinin aşağı palatasının deputatı olan eks-prezident ona qarşı irəli sürülən ittihamları rədd edib.

Qeyd edək ki, Zərdari 2008-2013-cü illərdə Pakistan prezidenti olub. O, 2007-ci ildə terakt nəticəsində həlak olan keçmiş baş nazir Bənazir Bhuttonun həyat yoldaşıdır.
XƏBƏR LENTİ
SORĞU