23 dek 19:19dunya

Avstriyada azərbaycanlıların həmrəylik günü qeyd edilib

Avstriyada azərbaycanlıların həmrəylik günü qeyd edilib22.12.2018-ci il tarixində Avstriya respublikasının Salzburg şəhərində Avstriya Azərbaycanlılar Cəmiyyəti tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş bayran tədbiri təntənəli şəkildə qeyd edildi.

Avstriya Azərbaycanlıları Cəmiyyətind'n Avrasiya.net-ə verilən məlumata görə, baş tutan bayram tədbirində Avstriya Azərbaycanlıları Cəmiyyətinin nümayəndələri, xarici qonaqlar, Avstriya Respublikasında fəaliyyət göstərən xarici Diaspora rəhbərləri, şəhər ictimaiyyəti və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən və əhəmiyyətindən, soydaşlarımızın milli həmrəyliyindən, Avstriyada fəaliyyət göstərən Azərbaycan Diasporasının Azərbaycanın təbliği sahəsində əvəzsiz xidmətlərindən və ölkəmiz üçün əldə etdiyi uğurlardan danışıb. Daha sonra soydaşlarımız qarşısında çıxış edən digər ölkə diasporlarının nümayəndələri Azərbaycanlıların bu uğrunu alqışdayaraq bir daha öz təbriklərini çatdırıb.
Avstriyada azərbaycanlıların həmrəylik günü qeyd edilib
Avstriyada yaşayan iş adamı Kamilli-Spirtin rəhbəri Rauf Kamil çıxışı zamanı 2018-cı ilin xalqımız, o cümlədən Avstriyada yaşayan soydaşlarımız üçün uğurlu bir il olduğu qeyd edib.

Bayram şənliyində çıxış edən diaspora fəalları tədbir iştirakçılarına öz Yeni il arzularını çatdırıb, uşaqlara bayram hədiyyələri paylayıb. Tədbir musiqi kollektivləri rəngarəng konsert proqramı ilə tədbir davam etdirilib.
loading...
XƏBƏR LENTİ
Dünən, 09:02
SORĞU