18 dek 11:20dunya

Putinin Trampa dəstəyi ortaya çıxdı

Putinin Trampa dəstəyi ortaya çıxdıRusiya 2016-cı il ABŞ prezident seçkilərində Donald Trampa kömək edib.

Publika.az xəbər verir ki, bu faktı Amerikanın “Vaşinqton Post” qəzeti ortaya çıxarıb.

Qəzet bu iddia haqqında ABŞ Konqresinə təqdim edilmək üçün hazırlanan hesabatı ələ keçirib. Hesabatda “Google”, “Facebook” və “Twitter” daxil olmaqla, bir çox sosial media platformalarında paylaşılan milyonlarla postun analiz nəticələri yer alıb. Nəticədə, həqiqətən də, Rusiyanın internet vasitəsilə Donald Trampın seçkilərdə qalib gəlməsinə kömək etdiyi ortaya çıxıb.

Hesabat sosial media analiz şirkəti olan və Oksford Universitetinin tərkibində yer alan “Computational Project and Graphika” (Hesablama Layihəsi və Grafika) tərəfindən hazırlanıb. Hesabatda yer alan paylaşımlar seçkiqabağı kampaniya ərəfəsində prezidentlik uğrunda yarışan namizədlərin müzakirə proqramlarına və ya partiyasının zirvələrinə qatıldığı anda paylaşıldığı qeyd olunub.

Sənəd bütövlükdə bu həftənin sonunda ictimaiyyətlə paylaşılacaq.

Qeyd edək ki, Senatın tələb etdiyi hesabat haqqında danışan rusiyalı səlahiyyətli şəxslər hər hansı bilgilərinin olmadığını bildirmişdi.
XƏBƏR LENTİ
SORĞU