17 dek 09:10dunya

“Bu obyektləri məhv edəcəyik” – Moskvadan ABŞ-a açıq təhdid

“Bu obyektləri məhv edəcəyik” – Moskvadan ABŞ-a açıq təhdidVaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxışının nəticələri Rusiyanın strateji nüvə güclərinin döyüş tətbiqinin planlaşdırılması zamanı nəzərə alınır.

Publika.az xəbər verir ki, bu haqda “Qırmızı ulduz” qəzetinə müsahibəsində Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının (STRQ) komandanı, general-polkovnik Sergey Karakayev bildirib.

O əlavə edib ki, ABŞ-ın Avropada yerləşdirdiyi raket əleyhinə müdafiə obyektləri Rusiyanın effektiv zərbə vasitələrinin təsir zonasındadır.

Xatırladaq ki, oktyabrın 21-də Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.

Müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin, o cümlədən raketlərin işə salınması üçün lazım olan qurğuların istehsalını, həmçinin onların sınağını qadağan edir.
loading...
XƏBƏR LENTİ
Dünən, 16:30
24-06-2019, 15:00
SORĞU