16 dek 10:08dunya

Türkiyə İraqı yenə bombaladı: 13 terrorçu məhv edildi

Türkiyə İraqı yenə bombaladı: 13 terrorçu məhv edildiTürkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalındakı Qara bölgəsinə havadan hücum təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Müdafiə Nazirliyinin rəsmi Tvitter hesabında qeyd edilib.

Məlumata görə, hücum zamanı 13 terrorçu məhv edilib və terror təşkilatına məxsus mağara və sığıncaqlar dağıdılıb.

Qeyd edək ki, ötən gün aparılan əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib.
XƏBƏR LENTİ
SORĞU