15 dek 09:40dunya

"Sarı jiletlilər" İsraildə etiraza başladı: saxlanılanlar var

"Sarı jiletlilər" İsraildə etiraza başladı: saxlanılanlar var"Sarı jiletlilər" hərəkatı İsrailə sıçrayıb.

Axar.az xəbər verir ki, etirazçılar ölkədəki qiymət artımına qarşı çıxıblar. Fransadakı etirazların rəmzi sayılan "sarı jilet" geyən bir qrup ərzaq sektoru ilə yanaşı, digər sahələrdəki bahalaşmaya da etirazlarını bildiriblər. 300 nəfərdən ibarət bir qrup paytaxt Təl-Əviv küçələrini gəzərək şüarlar səsləndiriblər.

Polislə qarşıdurma yaşanıb, 10 etirazçı saxlanılıb.

Qeyd edək ki, "Sarı jiletlilər" hərəkatı Fransada başlayıb. Daha sonra Belçikada da analoji etiraz aksiyası keçirilib.
loading...
XƏBƏR LENTİ
Dünən, 16:30
24-06-2019, 15:00
SORĞU