04 dek 16:17dunya

ABŞ körfəzə hərbi gəmilər göndərir

ABŞ körfəzə hərbi gəmilər göndərirABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilər qrupu, tezliklə, Fars körfəzinə daxil olacaq.

Axar.az xəbər verir ki, Fars körfəzinə “Con Stennis” təyyarədaşıyan gəmisi göndərilib. Bu gəminin yaxın zamanlarda Fars körfəzinə daxil olacağı vurğulanıb. “Con Stennis”i digər gəmilərin də müşayiət edəcəyi bildirilib.

Bu, ABŞ-ın Fars körfəzinə son 8 ay ərzində göndərdiyi ilk gəmi olacaq. ABŞ mətbuatı Vaşinqtonun bunun vasitəsilə İrana qarşı güc nümayişi həyata keçirdiyini bildirib.

Qeyd edək ki, “Con Stennis” Yaxın Şərqdə iki ay qalacaq.
XƏBƏR LENTİ
SORĞU