01 dek 16:18dunya

Parisdə etirazlar yenidən qızışdı

Parisdə etirazlar yenidən qızışdıParisdə benzin qiymətlərinin artırılmasına görə keçirilən etiraz aksiyaları zamanı polis gözyaşardıcı qazdan istifadə edib.

Virtualaz.org bildirir ki, bu barədə Fransa televiziyası məlumat yayıb.

Məlumata görə, etirazçılar Şarl de Qol meydanında polisin yaratdığı kordonu yarmağa cəhd ediblər, polis istiqamətində uzun müddət müxtəlif əşyalar atılıb.

Polisin müdaxiləsi nəticəsində 2 nəfər saxlanılıb.

Etiraz aksiyaları səbəbindən Parisin 7 mərkəzi metrostansiyası bağlanıb.

Xatırladaq ki, Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən vüsət alııb. Keçən şənbə günü aksiyalarda 100 mindən çox insan iştirak edib.

Onu da qeyd edək ki, Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.

"Europe1" radiostansiyasının məlumatına görə, 2018-ci il ərzində dizel yanacağının qiyməti, təxminən 23%, benzininki isə 15% qalxıb.
XƏBƏR LENTİ
SORĞU