27 noy 12:00dunya

Məhəmməd bin Salman Ərdoğanla görüşməkdə israrlıdır

Məhəmməd bin Salman Ərdoğanla görüşməkdə israrlıdırBu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək G-20 zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək tələbi irəli sürüb.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

“Vəliəhd şahzadə Ərdoğanla telefon danışığı zamanı Buenos-Ayresdə görüşmə imkanının olub-olmadığını soruşdu. Ərdoğanın cavabı isə “baxarıq” oldu. Hazırda vəliəhd şahzadə ilə görüşməmək üçün hər hansı bir səbəb yoxdur”, - deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, vəliəhd şahzadə Məhəmməd bin Salman səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində ittiham olunur. İddialara əsasən, jurnalistin ölüm əmrini məhz o verib.

Onu da qeyd edək ki, Türkiyə prezidenti ötən həftə Argentinaya səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşməyəcəyini bəyan etmişdi.(virtualaz.org)
XƏBƏR LENTİ
SORĞU