02 noy 07:01dunya

“Türkiyə NATO-dan çıxsa, bu, hamı üçün pis olacaq” - Pompeo

“Türkiyə NATO-dan çıxsa, bu, hamı üçün pis olacaq” - PompeoPompeo Ankaranı ABŞ, Avropa və NATO ilə sıx əlaqələri inkişaf etdirməyə çağırıb.

ABŞ-da ümid edirlər ki, Türkiyə NATO-dan çıxmaq kursunu götürməyəcək və ABŞ-ın etibarlı tərəfdaşı olaraq qalacaq.

Bunu ABŞ dövlət katibi Maykl Pompeo bildirib.

O qeyd edib ki, Türkiyə NATO-dan çıxsa, bu, hamı üçün pis olacaq.

“Bu, baş versə, həm NATO, həm ABŞ, həm də türk xalqı üçün pis olacaq. Ərdoğan dərk etməlidir ki, ABŞ Türkiyə üçün İrandan daha yaxşı tərəfdaşdır”, - deyə o vurğulayıb.(oxu.az)
XƏBƏR LENTİ
SORĞU