31 okt 10:41dunya

Merkelin istefasına yalnız Rusiya sevinir

Merkelin istefasına yalnız Rusiya sevinirAlmaniya kansleri Angela Merkelin siyasətdən gedəcəyinə yalnız Rusiya sevinir.

Axar.az xəbər verir ki, bu iddia ilə “Der Taqesşpigel” qəzetindəki məqaləsində alman jurnalist Kristof fon Marşal çıxış edib.

“Merkel dünyada böyük populyarlığa sahibdir, Almaniya isə fərqli konfliktlərin həllində etibarlı tərəfdaş kimi tanınır. Almaniya həmçinin dünyanın dördüncü iqtisadiyyatına, Avropa Birliyinin əsas iqtisadiyyatına sahibdir. Onun nə etməsindən asılı olmayaraq, bu onun qonşuları və tərəfdaşlarında öz əksini tapacaq.

Kanslerin istefaya getməsinə yeganə sevinən ölkə Rusiyadır. Ona görə ki, Merkel bütün Avropanı antirusiya sanksiyaları ətrafında birləşdirməyi bacarıb. Merkel həmçinin Minsk danışıqlarında və digər sammitlərdə əldə olunan razılaşmaları təmsil edir. O, hər zaman bunu öz tərəfdaşlarına rahatlıqla xatırlada bilər, amma istefaya gedəcəyi halda bu razılaşmaların hamısına son qoyulacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Merkel bundan öncə növbəti dəfə Almaniya kansleri vəzifəsinə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
loading...
XƏBƏR LENTİ
SORĞU