25 okt 10:34dunya

Kəşfiyyat: Çin Trampı Ayfonla dinləyir, şüuruna təsir edir

Kəşfiyyat: Çin Trampı Ayfonla dinləyir, şüuruna təsir edirABŞ Prezidenti Donald Tramp xüsusi xidmət orqanlarının tövsiyələrinə məhəl qoymadan yaxın dostları ilə xarici kəşfiyyatların rahatlıqla dinləyə biləcəyi Ayfon markalı telefon vasitəsilə danışır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.

ABŞ xüsusi xidmət orqanları kəşfiyyat məlumatları əsasında belə qənaətə gəliblər ki, Rusiya və Çinin kəşfiyyat orqanları Prezident Trampın Ayfonla etdiyi zəngləri dinləyir. Bu yolla Çin kəfiyyatı Ağ Ev rəhbərinin ən çox nələrə inandığını və güvəndiyini təyin etməyə çalışır. Rəsmi Pekinin burada əsas məqsədi ABŞ-la aparılan ticarət müharibəsində Vaşinqtonun eskalasiyasına mane olmaqdır. Çinlilər ABŞ prezidentinə təsir göstərə bilmək üçün Trampın tez-tez ünsiyyətdə olduğu qeyri-rəsmi şəxslərin siyahısını tutub və bu siyahı hər ötən gün daha da genişlənir.

Belə şəxslər arasında “Blackstone” investisiya şirkətinin rəhbəri Stiv Şvartsman və “Vynn Resorts” resort kazinolar şirkətinin keçmiş sədri Stiv Uinn də var. ABŞ kəşfiyyat orqanlarının fikrincə, Çin Şvartsman və Uinn vasitəsilə müəyyən informasiya və nəticələri Trampın şüuruna yeridərək onu həmin istiqamətdə yönləndirməyə çalışır.

Kəşfiyyat mənbələri dinləmələr sahəsində Rusiyanın Çin qədər canfəşanlıq göstərmədiyini qeyd ediblər.
XƏBƏR LENTİ
SORĞU