24 okt 11:38dunya

“Cəsədi büküb konsulluqdan çıxardılar” - Qaşıqçı olayında yeni fakt

“Cəsədi büküb konsulluqdan çıxardılar” - Qaşıqçı olayında yeni fakt Camal Qaşıqçı cinayəti ilə bağlı yeni fakt üzə çıxdı.

AzNews.az xəbər verir ki, Camal Qaşıqçının dublyoru olaraq görüntülənmiş şəxs Səudiyyə Ərəbistanı hökuməti tərəfindən təsdiqlənib.

Bu barədə ABŞ-ın “Associated Press” informasiya agentliyi səudiyyəli səlahiyyətli nümayəndələrə istinadən məlumat yayıb.

Səlahiyyətlilər dublyordan istifadənin məqsədinin Qaşıqçının konsulluqdan çıxarılaraq, daha təhlükəsizlik şəraitdə sorğulanmasını təmin etmək olub.

Səudiyyə hökuməti jurnalistin ölkəsinə qayıdaraq, milli dialoqa cəlb olunmasına çalışdıqlarını iddia edib.
Lakin Qaşıqçı qışqırdığına görə qarışıqlıq yaranıb və o, öldürülüb.

Agentliyin məlumatına görə, 15 nəfərlik sorğu qrupundan 9-u bir türk işçi ilə birlikdə cəsədi sarıyaraq, konsulluqdan çıxarıblar.
XƏBƏR LENTİ
25-05-2020, 11:53
SORĞU