18 okt 17:59dunya

Qandonduran cinayət - hamilə qadının qarnını yarıb körpəni oğurladılar

Qandonduran cinayət - hamilə qadının qarnını yarıb körpəni oğurladılar8 aylıq hamilənin meyitini polis ağaca bağlanmış halda tapıb.

Braziliyada dəhşətli hadisə baş verib. İstiPress-in məlumatına görə, hamilə qadının qarnını kəsərək onun körpəsini oğurlayıblar.

23 yaşlı 8 aylıq hamilə qadın Mara Kristiana da Silva əvvəlcə bir ağaca tikanlı məftillə bağlanılıb. Daha sonra cinayəttkarlar onun qarnını kəsərək oradakı körpəni götürüblər.

Polis gənc qadının meyitini Joao Pinheiro şəhərində tapıb. Qısa müddət sonra bütün ölkəni şoka salan hadisəni törədənlər də tapılıb.

Bundan Angelina Rodriqes adlı qadın və onun əri, Roberto Qomes da Silva olub. Mara Kristiananı öldürən qadın 8 aylıq körpə ilə dərhal xəstəxanaya gedib, yeni doğuş etdiyini bildirib. Amma polislərin cəsədi bir gün sonra tapması onun planlarını pozub.
XƏBƏR LENTİ
SORĞU