13 okt 16:31dunya

Qara dənizdə teploxod batıb - İçərisində azərbaycanlılar da var

Qara dənizdə teploxod batıb - İçərisində azərbaycanlılar da varQara dənizdə Panama bayrağı altında üzən və metal daşıyan teploxod batıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyindən (Rosmorreçflot) verilən məlumata görə, gəmi Azov limanından çıxıb və sahildən 50 mil məsafədə olub.

Teploxod 1,9 min metr dərinliyə batıb.

Bütün heyət üzvləri – 6 Azərbaycan və 2 Türkiyə vətəndaşı xilas ediliblər. Yunan bayrağı altında üzən tanker dənizçiləri Novorossiyskə çatdırıb. Dənizçilərin həyatı üçün heç bir təhlükə yoxdur.

Teploxodunn batma səbəbi hələlik dəqiq açıqlanmır. Onun metallomun ağırlığından batma ehtimalı var.
XƏBƏR LENTİ
SORĞU