08 okt 21:08dunya

AAK və Komitə rəsmiləri diaspora sədrini aldadıblar - Xocalı soyqırımı tədbirinə dəstək verməyiblər

AAK və Komitə rəsmiləri diaspora sədrini aldadıblar - Xocalı soyqırımı tədbirinə dəstək verməyiblər"AAK və komitənin təmsilçiləri soz verdikləri halda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirdiyimiz tədbirə gəlmədilər, iki gün sonra eşitdik ki, əyləncəli bir tədbir keçiriblər".

Bunu Avrasiya.net-ə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı, tanınmış diasporçu Ayhan Dəmirçi bildirib.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanlı və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belçika-Azərbaycan Dostluq Cəmiyyəti birgə Xocalı faciəsinin 25-ci ildönümüylə bağlı fevralın 21-26 tarixlərində Brüsseldə Avropa Komissiyası önündə "Xocalıya ədalət" kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçirib.

A.Dəmirçi bildirib ki, hər gün görüş, toplantılar düzənlədilər, nazirlərlə, türk parlamentərlərlə, bələdiyyə başkanları, media mənsubları ilə görüşlər keçirildi, mitinqlər düzənləndi, ehsan yeməyi verildi. Amma Avropa Azərbaycanlıları Konqresi, o zaman burada olan Diaspor Komitəsinin adamları da bizə dəstək vermədilər: "3-4 gün ərzində bu qədər ağır işi görmək asan deyildi. O zaman, hətta özlərinə söylədim ki, təşkil edəcəyimiz Xocalı soyqırımı ilə bağlı tədbirimizə gələcəksizmi, əvvəlcə dəstək verəcəyik dedikləri halda tədbirə iki gün qalmış, dedilər ki, yox gəlməyəcəyik. Dedilər ki, bizim də tədbirlərimiz var. Halbuki onların toplantıları iki gün sonra idi".

A.Dəmirçi onu da bildirib ki, AAK prezidentini və qurumunu tanıdığından bu yana təşkil etdikləri tədbirlərin heç birinə nə qatılıb, nə də dəstək veriblər. Halbuki, bütün tədbirlər Azərbaycanın milli və dövlətçilik maraqlarının qorunması, Azərbaycanın ərazi bütövlüyünün qorunması, ermənilərin işğalçılıq siyasətinin ifşası ilə bağlı olub: "Amma bəzi diaspor təşkilatları var ki, imkan daxilində onların tədbirlərinə qatılmışıq. Xocalı soyqırımı ilə bağlı keçirdiyimiz tədbir günlərində komitə rəsmiləri və bir sıra təşkilat rəhbərləri AAK prezidentinin yanındaydılar. Bizə təşkil etdiyimiz tədbirə dəstək verə biləırdilər, amma vermədilər, öz qurultaylarını keçirdilər, Xocalı ilə bağlı heç bir əlaqəsi olmayan bir toplantı. Əslində bizim tedbirimiz onlardan öncə idi. Hollandiya ilə Belçika çox uzaq deyillər, bizə dəstək verib, sonra öz toplantılarını keçirə bilərdilər. Burada hər kəs onların toplantısını qınadı, çünki, əylənməli bir toplantı idi. Hər kəs onların Avropada necə fəaliyyət göstərdiyinin şahididir. Azərbaycandan gələn təşkilatçı dostlardan da eşidə bilərsiniz, medianı vərəqləsəniz, görərəsiz. Amma onu da deyim ki, bir iş görmədən mediaya elə açıqlamalar verirlər ki, guya böyük bir işlər görürlər".

A.Dəmirçi AAK-ın fəaliyyətinə də toxunub. Bildirib ki, bu təşkilatən harada, nə zaman, hansı mövzuda tədbir keçirdiyindən xəbərim yoxdur: "Bəzən qəzetlərdən oxuyuram ki, haradasa tədbir keçirib. Sizə bir örnek söyləyim. AAK-ın məsullarından biri məndən soruşur ki, bunlar filan yerdə toplantı keçiriblər, xəbərin varmı? Mən də dedimki, sən o qurumun məsul şəxslərindənsən, sən bilmirsənsə, mən haradan bilim".

A.Dəmirçi onu da əlavə edib ki, bir-birimizdən (diaspor təşkilatları sədrləri nəzərdə tutulur) xəbərlərimiz yoxdur, aramızda birlik bərabərlik yoxdur, hər kəs ayrılıqda fəaliyyət göstərir.

Diaspor sədrinə sual etdik ki, əgər Avropada təşkilat sədrləri arasında birlik, bərabərlik yoxdursa, bəs AAK niyə yaradılıb və fəaliyyəti nədir. Cavabı belə oldu: "Onu özlərindən soruşun. Əgər bir təşkilat millətini, dövlətini təmsil edirsə, onun maraqlarını qorumalıdır, ortaya iş qoymalıdır".

Bəs AAK Avropadakı azərbaycanlılar, təşkilatlar arasında nə iş görməlidir ki, bərabərlik və birlik olsun: "Başda birliyin olmasını bərpa etməlidir, bütün təşkilatlar arasında barışıq olmalıdır, hamıya eyni səviyyədə münasibət göstərilməlidir, hər bir təşkilatla maraqlanmalıdır, problemlərini dinləməlidir, təşkilatlar arasında ögey-doğmalıq yaradılmamalıdır. Dövlət və milli maraqları birlikdə qorumalı, birlikdə güc nümayiş etdirməlidir. Hər kəs ayrı-ayrılıqda iş görərsə bunun heç bir effekti və nəticəsi olmayacaq. Fikrimcə, bu işlərin başında layiqli və siddi şəxslər durmalıdırlar və bütün təşkilatlar bir federasion altında toplanmalıdır. Lobbi, Türkiyə modeli kimi. Ayrıca Avropadakı bütün azərbaycanlıları qazanmaq, birləşdirmək lazımdı".
loading...
XƏBƏR LENTİ
SORĞU