05 okt 14:09dunya

Pentaqon bioloji casuslar hazırlayır – Hesabat

Pentaqon bioloji casuslar hazırlayır – HesabatABŞ hərbçilərinin genetik modifikasiya edilmiş virusların yayılması üçün həşəratlardan istifadə etməklə bağlı proqramı Biloji Silahlar haqqında Konvensiyanın pozulmasına gətirib çıxara bilər.

Axar.az xəbər verir ki, bu barədə təkamül genetikası və bioetika sahəsində çalışan alman və fransız alimlər qrupunun “Science” jurnalında dərc olunan araşdırmasında bildirilib.

Araşdırma müəllifləri Pentaqonun sözügedən proqramı həyata keçirməsinin ətraf mühitə təsir edə biləcəyini və genişmiqyaslı bioloji, iqtisadi, sosial nəticələrini qeyd ediblər. Alimlər layihənin ABŞ-ın kənd təsərrüfatına fayda verə biləcəyinə şübhə ilə yanaşdıqlarını vurğulayıblar.

“Yekun nəticədə proqram bir çoxları tərəfindən bioloji casusların və onların düşmən məqsədlərlə çatdırılması vasitələrinin yaradılması kimi qiymətləndirilə bilər. Əgər bu həqiqətə uyğundursa, o zaman Biloji Silahlar haqqında Konvensiyanın müddəalarının pozulması anlamına gəlir”, - məqalədə qeyd olunub.

Xatırladaq ki, 2016-cı ildən yaradılan proqrama ABŞ hökuməti artıq 27 milyon dollar vəsait sərf edib.

“İnsect Allies” (Həşərat-müttəfiqlər) proqramı ABŞ Müdafiə Nazirliyinin Perspektivli Tədqiqat Layihələri İdarəsində (DARPA) hazırlanır. Təqdiqatların rəsmi məqsədi böcəklərin daşıyacağı viruslar vasitəsilə bitkilərin xromosomlarının “üfüqi” redaktə edilməsidir.
XƏBƏR LENTİ
SORĞU