05 okt 08:24dunya

İndoneziyada ölənlərin sayı 1558-ə çatdı

İndoneziyada ölənlərin sayı 1558-ə çatdıSentyabrın 28-də İndoneziyada baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1558-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakət Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi xəbər verir.

Bildirilir ki, təbii fəlakət nəticəsində 2,5 mindən artıq insan xəsarət alıb, 113 nəfər itkin düşüb, 150-dən artıq insan dağıntılar altında qalır.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi rayonunda 7,4 bal gücündə zəlzələ, ardınca təqribən 2 sutka ərzində 170 təkrar təkan qeydə alınıb. Güclü yeraltı təkanlar zamanı sunami yaranıb, dalğaların hündürlüyü 3-5 metr olub.
XƏBƏR LENTİ
SORĞU