17 sen 10:01dunya

Ordumuz “ən güclülər” siyahısında irəlilədi – Reytinq

Ordumuz “ən güclülər” siyahısında irəlilədi – ReytinqAzərbaycan ordusu hərbi gücünə görə dünya reytinqində 5 pillə irəliləyib.

Axar.az xəbər verir ki, bu nəticə "Globalfirepower" saytının hazırladığı yeni reytinq cədvəlində yer alıb. Sayt Azərbaycan ordusunun hazırda dünyanın 53-cü ən güclü ordusu olduğunu bildirib.

Yeni reytinq cədvəlinə əsasən, Azərbaycan regionun ən güclü ordusuna sahibdir. Cənubi Qafqazdakı qonşularımız olan Gürcüstan 82-ci, Ermənistan isə 84-cü yerdə qərarlaşıb.

Reytinqə bu il yenə ABŞ rəhbərlik edib. Ondan sonrakı yerləri Rusiya, Çin və Hindistan tutub.

Qardaş Türkiyə siyahıda 9-cu pillədə (keçən il 8-ci yerdə idi – red.) qərarlaşıb.

Cənub qonşumuz İran da 8 pillə irəlləməyi bacarıb və yeni siyahıda 13-cü yerdə qərarlaşıb.
XƏBƏR LENTİ
SORĞU