14 avq 11:00dunya

Trampdan Türkiyəyə qarşı daha bir SKANDAL QƏRAR: 90 gün ərzində…

Trampdan Türkiyəyə qarşı daha bir SKANDAL QƏRAR: 90 gün ərzində…ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) ölkənin müdafiə büdcəsini təsdiqləyib.

Publika.az xəbər verir ki, müdafiə büdcəsi layihəsinə “F-35” beşinci nəsil qırıcılarının Türkiyəyə çatdırılmasının təxirə salınması da daxil edilib.

Büdcə layihəsinə görə, Türkiyənin “F-35” proqramından tamamilə çıxarılıb-çıxarılmayacağı barədə yekun rəyin yer alacağı hesabat tamamlanana qədər qırıcıların çatdırılması təxirə salınacaq. ABŞ-ın Müdafiə Nazirliyi Dövlət Departamenti ilə məsləhətləşərək 90 gün ərzində Türkiyə və ABŞ əlaqələrinin hazırkı vəziyyətinə dair hesabat hazırlamalıdır. Hesabatda Türkiyənin “F-35” proqramından çıxarılmasının iki ölkə arasındakı münasibətlərə və ABŞ sənayesinə təsiri qiymətləndiriləcək.

Türkiyəyə “F-35”-lərin çatdırılmasının təxirə salınmasına səbəb olaraq Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması və amerikalı rahib Endyu Branson da olmaqla, bəzi Amerika vətəndaşlarının Türkiyədə saxlanılması göstərilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl qeyd edib ki, ABŞ “F-35” tipli yeni nəsil qırıcı təyyarələrinin Türkiyəyə çatdırılmasından imtina edəcəyi halda, Ankara beynəlxalq arbitraja müraciət edəcək.
loading...
XƏBƏR LENTİ
SORĞU