13 avq 11:19dunya

ABŞ Qara dənizə hərbi gəmilərini göndərdi

ABŞ Qara dənizə hərbi gəmilərini göndərdiABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə əlaqədar gərginliyin artması fonunda Qara dənizdə yenidən qüvvələr toplanır.

Modern.az ABŞ-ın 6-cı Donanmasına istinadən xəbər verir ki, avqustun 12-də ABŞ-ın raketdən müdafiə sistemi ilə təchiz edilmiş USS Carney DDG-64 destroyeri yenidən Qara dənizə daxil olub.

Donanmanın yaydığı bəyanatda gəminin regiona göndərilməsi ABŞ-ın bölgədəki təhlükəsizlik və sabitliyə olan davamlı bağlılığını nümayiş etdirdiyi bildirilir.

“Arleigh Burke tipli Carney raket destroyeri bölgədə təhlükəsizlik məqsədi ilə əməliyyatların keçirilməsi və müttəfiqlərlə qarşılıqlı münasibətlərin inkişafı üçün avqustun 12-də Qara dənizə daxil olub” – bəyanatda qeyd edilir.

Xatırladaq ki, bundan əvvəl Carney bu ilin yanvarında da Qara dənizə yenə də təhlükəsizlik və stabillik üçün daxil olub.

Qeyd edək ki, Carney Aegis raketdən müdafiə sistemi ilə təchiz olunmuş dördüncü nəsil Arleigh Burke tipli destroyerlərinə daxildir. Bu gəmilər düşmən tərəfdən eyni zamanda hava, gəmi və dəniz altından yüksək təhlükəli şəraitdə döyüş əməliyyatları aparmağa hesablanıb. Bu destroyerlər silahlanmasında iki Raketdən Müdafiə Sisteminə (RMS) malikdir ki, bu da ona bir sursatda 56 Tomahawk raketini istifadə etməyə imkan verir.
XƏBƏR LENTİ
25-05-2020, 11:53
SORĞU