09 avq 12:31dunya

Məşhur mafiya lideri həbs edildi

Məşhur mafiya lideri həbs edildiMeksikanın ən təhlükəli qruplaşmalarından biri olan “Tepito İttifaqı”nın rəhbəri həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Universal” portalı yayıb. Portal həbs edilən şəxsin adının Roberto Moyado olduğunu bildirib. Onun polisin keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində həbs edildiyi vurğulanıb.

Qeyd edək ki, bu, “Tepito İttifaqı”nın son aylar ərzində həbs edilən ikinci rəhbəridir.

Bu qruplaşmanın adı Mexiko şəhərinin ətraf rayonlarından birinin adından götürülüb. Maraqlı məqam odur ki, bu rayonda hələ də narkotacirlər, quldurlar və cibgirlər hökmranlıq edirlər. Qruplaşma Mexiko və ətrafındakı narkoticarətə tam nəzarət edir.
XƏBƏR LENTİ
SORĞU