03 avq 17:13dunya

Ben Ladenin anası ilk dəfə danışdı: Onun beynini yudular

Ben Ladenin anası ilk dəfə danışdı: Onun beynini yudularƏl Qaidə terror təşkilatının keçmiş rəhbəri Üsamə Ben Ladenin anası Aliyə Qanem ilk dəfə Britaniya KİV-lərinə açıqlama verib.

Axar.az xəbər verir ki, müsahibəsi zamanı Qanem Üsamə Ben Ladenin uşaqlıqda çox yaxşı insan olduğunu bildirib:

“Mənim həyatım çox çətin keçib. Ona görə ki, oğlum hər zaman məndən kənarda olub. O, çox yaxşı uşaq idi və məni çox sevirdi”.

Onun sözlərinə görə, Üsaməni üç yaşından ikinci həyat yoldaşı olan Məhəmməd Attas böyüdüb:

“Oğlum 20 yaşında onun beynini yumağa kömək edən insanlara rast gələnə qədər çox yaxşı uşaq idi. Siz bunu dini amil adlandıra bilərsiniz. Onlar bu işə görə pul alırdılar. Mən hər zaman ona deyirdim ki, bu adamlardan kənar dayan, o isə heç bir zaman mənə nə etdiyini demirdi. Bunun səbəbi isə onun məni çox sevməsi idi. Mən təsəvvür edə bilmirdim ki, Üsamə cihadçı ola bilər və bunu görəndə çox təəssüflənmişdim”.

Aliyə Qanemin digər oğlu Qanem Əhməd isə anasının hələ də Üsaməni terrorçu kimi tanımadığını deyib:

“11 sentyabrdan 17 il keçib və anam hələ də Üsaməni inkar edir. O, yalnız Üsamənin bizim hamımızın gördüyü yaxşı tərəflərini dərk və qəbul edir.

11 Sentyabr baş verəndə bizim ailə bilirdi ki, bunun arxasında qardaşımız Usamə dayanır. Mən heyrətə düşmüşdüm. Bu, qəribə hiss idi. Bizim ailənin kiçiyindən böyüyünə qədər hər kəs Üsaməyə görə utanırdı. Sonuncu dəfə Üsaməni 1999-cu ildə Qəndahardakı bazalardan birinin yaxınlığında gördük. O vaxtdam ölənə qədər onunla görüşə bilmədik”.

Qeyd edək ki, Üsamə Ben Ladenin anasından müsahibə şəxsən Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın icazəsindən sonra alınıb. Bu ailə hələ də Səudiyyə Ərəbistanının ən nüfuzlu ailələrindən biri sayılır.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU